Umid Babek Operating Company tərəfindən ServiX Engineering layihəsi çərçivəsində 06.06.2026 tarixində təlimçi Fərid Abbaszadə tərəfindən “SIS (Təhlükəsizlik İdarəetmə Sistemləri)” mövzusunda təlim təşkil edildi.
UBOC-un “Avtomatlaşdırma və nəzarət ölçü cihazları” üzrə meneceri Fərid Abbaszadə avtomatika mühəndisliyi ixtisası üzrə təhsil alan tələbə və məzunlarla görüşüb. “SIS (Safety Instrumented Systems)” mövzusunda əsas anlayışlara həsr olunan texniki sessiya təqdim edərək sənayedə bu sistemlərin real tətbiqləri və avtomatlaşdırma mühəndislərinin praktiki rolu barədə danışıb.


Sessiya zamanı həmçinin UBOC-nin “Yay Təcrübə Proqramı” haqda da məlumat verilib. Bu öroqram tələbələrin nəzəri biliklərini real sənaye təcrübəsi ilə birləşdirməyi, onları mentorluq və praktiki iş mühiti vasitəsilə peşəkar fəaliyyətə hazırlamağı hədəfləyir.







